QOLTUĞUNA QARPIZ VERMƏK

kimisə həvəsləndirərək hansısa işi gördürmək; ələ salmaq üçün yalandan üzünə tərifləmək; ~ belinə palan basmaq, ayağının altına daş qoymaq.

QOLTUĞUNA GİRMƏK
QOLTUĞUNUN ALTI ŞİŞMƏK
OBASTAN VİKİ
Qarpız
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir. == Qarpızın faydaları == Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var. Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir. Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur. Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir. Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir. Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
Adi qarpız
Adi qarpız (lat. Citrullus lanatus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin qarpız cinsinə aid bitki növü. == Botanik özəllikləri == Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu tumları olan ən böyük giləmeyvədir. == Becərilməsi == Qarpız yüngül mexaniki tərkibli münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Bu bitki üçün ən yaxşı xam torpaqlar və sələfi çoxillik otlar, soğanaqlar, kartof və taxıl bitkiləri olan yerlərdir. Səpiləcək toxum sort təmizliyinə görə üçüncü kateqoriyadan, səpin keyfiyyətinə görə isə ikinci sinifdən aşağı olmamalıdır. Toxumları qızdırdıqda onların cücərmə faizi və cücərmə enerjisi artır. Bu əməliyyat termostatlarda və günəş vasitəsilə də aparıla bilər. Bu halda toxumlar günəşli yerdə nazik qatla parça üzərinə sərilir və arabir qarışdırmaqla 7-10 gün saxlanılır. Torpaqda toxumların cücərməsini və tez kütləvi çıxış verməsini təmin etmək üçün islatmaq və ya cücərtmək lazımdır.
Kvadrat qarpız
Kvadrat qarpız (ing. Square watermelon) — kub formasında xüsusi şəraitdə yetişidirilmiş qarpız çeşidi. Kvadrat qarpızlar əsasən Yaponiyada yetişdirilməkdədir və bir ədədi 100 ABŞ dolları dəyərində qiymətləndirilir. == Məqsəd və istifadəsi == Kvadrat qarpızların ilk dəfə Yaponiyada istehsal olunmuşdur. Belə qarpızları ilk dəfə 1978-ci ildə Kaqava prefekturasının Zentsuci şəhərinin Fudeoka rayonunun fermerləri onların soyuducuya rahat yerləşməsi üçün istehsal ediblər. Sonradan Yaponiyanın qərbində yerləşən Kanaqava prefekturasını fermerləri dördbucaq qarpızların ölkə bazarlarına göndərilməsinə başlayıblar. XXI əsrdən etibarən məşhurluq qazanan qarpızların Amerika Birləşmiş Ştatlarında da istehsal olunmasına başlanılıb. Qarpızların bu formada yetişdirilməsi üçün xüsusi hazırlanmış istixanalardan istifadə olunur. Kvadrat qutuların içərisində yetişidirlən qarpızlara daimi nəzarət və qulluq tələb olunur. 2001-ci ilin məlumatlarına görə bu tip qarpızlar ədədi 83 ABŞ dollarına bərabər olduğundan əsasən zəngin və dəbdəbəli istehlakçılara xitab etmək üçün hazırlanmışdır.Görünüşü səbəbindən diqqəti cəlb edən kvadrat qarpızların yetişdirilməsi bir zamanlar zərurət səbəbindən meydana çıxsa da, bu gün qiyməti baxımından məhdud şəkildə həyata keçirilir.
Qarpız stereotipi
Qarpız stereotipi — ABŞ-də afroamerikalılar haqqında stereotiplərdən biri. Bu stereotip guya afroamerikalıların qarpıza olan qeyri-adi dərəcədə iştahını ifadə edir. Bu stereotip hətta XXI əsr cəmiyyətində də geniş yayılmışdır. == Tarixi == Qarpızlara ABŞ-də rasizmin identifikasiyası üçün əsas simvol kimi baxılır. Bu stereotiplərin doğruluğu şübhə altına alındığından 1994–1996-cı illərdə afroamerikalılar arasında keçirilmiş sorğuda ölkə əhalisinin 12,5%-ni təşkil edən afroamerikalılardan yalnız 1,1%-nin qarpıza tələbatı müəyyən edilmişdir. Bu stereotipin mənşəyinin naməlum olmasına baxmayaraq, afroamerikalılarla qarpızın assosiasiyası ABŞ-də quldarlıq dövrünə gedib çıxır. Quldarlıq tərəfdarları qarpız yetişdirən sadəlövh afroamerikalıları bu meyvə ilə təsvir etməyi xoşlayırdılar. XIX əsrin son onilliklərindən XX əsrin ortalarına qədər afroamerikalıların qarpızla təsvir edilməsi karikaturalar, kino və musiqidə əbədiləşmiş və məişət mallarında ümumi dekorativ mövzu kimi məşhurlaşmışdır. Hətta, Barak Obamanın 2008-ci il prezident seçkiləri kompaniyası və ondan sonrakı administrasiya dövründə də onun siyasi rəqibləri tərəfindən irqi ayrı-seçkiliyin simvolu olan qarpızlardan istifadə olunmuşdur. == Populyar mədəniyyətdə == Afroamerikalılarla qarpız arasında əlaqə afroamerikalı menestrellərin oxuduğu mahnılar sayəsində məşhurlaşmışdır.
Qarpız sukatı
Qarpız sukatı - Qarpız dilimlərindən hazırlanmış quru mürəbbə == Hazırlanma qaydası == Bu məqsədlə qalınqabıq qarpız sortlarından istifadə edilməlidir. Qarpızın yumşaq hissəsi və bərk yaşıl qabığı təmizlənib kənar edilir. Sonra müxtəlif formada (dördbucaq, kvadrat, ulduz, üçbucaq və s.) doğranmış ağ rəngli qabıqları 5-10 dəqiqə suda bişirirlər. Qarpız qabıqlarını süzgəcə töküb suyunu süzür və şəkər qatıb şərbət hazırlayırlar. Sonra qarpız qabıqlarını qaynar şəkər şirəsinə töküb 10-12 saat saxlayır, arada 6-8 saat saxlamaq şərtilə hər dəfə 8-10 dəqiqə qaynadıb 3-4 dəfəyə bişirirlər. Bişmiş kəhrəba rəngli şəffaf qarpız tikələrini şirədən çıxarır, soyuduqdan sonra toz-şəkərlə urvalayıb qurudurlar. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qarpız bəhməzi
== Hazırlanma qaydası == Qarpız bəkməzini bişirərkən nəzərə almaq lazımdır ki, qarpız şirəsində 8-10% şəkər vardır. Əgər şirə çəkilib bişirilsə qatı sirop-bəkməz alınar. Bunun üçün yaxşı yetişmiş qarpızları seçmək lazımdır. Qarpızlar yaxşı yuyulur, bir ləyəndə 2-4 parçaya bölünür. İçi dəmir qaşıqla qaşınıb çıxarılır və əzilir. Əzilmiş iç aşsüzəndən, ya da süzgəcdən keçirilir, şirə isə tənzifdən süzülür. Bişirməmişdən əvvəl şirə təmiz olmalıdır. Bişirərkən şirənin üstündə qırmızı köpük əmələ gəlir, o yığılır və həll olunmamış hissəciklərdən təmizləmək üçün şirə bir də süzülür. Bişirərkən od gur olmamalıdır və tez-tez qarışdırılmalıdır ki, dibi yanmasın. Şirə 5-6 dəfə azaldıldıqda bəkməzin hazır olub-olmamasını yoxlamaq olar.
ве́рный вседне́вный переплета́ть прожа́ренный птицеподо́бный разво́дка раздраже́ние голки́пер заша́рпывание каламбу́рить неэнерги́чный оборо́тистый у́ханье Chambertin chi-chi Don help along outslicker perish repertoire sexpot вежливо категорически сближение стекаться